Portuqaliya milli komandası AVRO-2016 üçün yekun heyətini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, yığmanın 23 nəfərlik siyahısında legionerlər çoxluq təşkil edir.
Kriştianu Ronaldunun kapitanı olduğu millidə Portuqaliya çempionatından cəmi 8 futbolçu yer alıb. Türkiyə Super Liqasından 3 futbolçu Fransadakı məsul turnirə yollanacaq. Heyətdə müxtəlif səbəblərdən Fabiu Koentrau, Migel Velozo, Dani, Raul Meyreleş kimi tanınmış futbolçular yer almayıb.
Qapıçılar: Antoni Lopeş ("Lion"), Eduardu ("Dinamo", Zaqreb, Xorvatiya), Ruy Patrisiu ("Sportinq")
Müdafiəçilər: Brunu Alveş ("Fənərbaxça", Türkiyə), Sedrik, Fonte (hər ikisi "Sautgempton", İngiltərə), Pereyra Danilu ("Portu"), Elizeu ("Benfika"), Pepe ("Real Madrid"), Rafael Qerreyro ("Loryan", Fransa), Rikardu Karvalyo ("Monako", Fransa)
Yarımmüdafiəçilər: Adrien Silva, Joau Mariu (hər ikisi "Sportinq"), Andre Qomeş ("Valensiya", İspaniya), Joao Moutinyo ("Monako", Fransa), Nani ("Fənərbaxça", Türkiyə), Renatu Sançes ("Benfika"), Rikardu Kuarejma ("Beşiktaş", Türkiyə), Vieyrinya ("Volfsburq", Almaniya), Vilyam Karvalyu ("Sportinq")
Hücumçular: Kriştianu Ronaldu ("Real Madrid", İspaniya), Eder ("Suonsi", İngiltərə), Rsfa ("Oliveyrense")
Qeyd edək ki, final mərhələsində F qrupunda yer alan Portuqlaiya iyunun 14-də İslandiya, iyunun 18-də Avstriya, iyunun 22-də Macarıstanla görüşəcək.