1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İspaniya yenə 5 aldı
Futbol üzrə Çempionlar Liqasının 2016-2017 mövsümündə də İspaniya 5 klubla təmsil olunacaq. Sportnet.az-ın məlumatına görə, bu, "Sevilya"nın yenidən Avropa Liqasını qazanması sayəsində mümkün olub.
Əndəlüslər bu dəfə İngiltərə "Liverpul"unu məğlub ediblər - 3:1. "Sevilya" gələn mövsüm Çempionlar Liqasının qrup mərhələsindən mübarizəyə başlayacaq. "Barselona", "Real Madrid" və "Atletiko" da Primerada ilk 3 yeri tutduqları üçün bu hüquqa yiyələniblər. Yalnız 4-cü yerin sahibi "Vilyarreal" "pley-off" mərhələsindən mübarizəyə qoşulacaq.
Qeyd edək ki, Avropa Liqasının qalibi 2014-2015 mövsümündən Çempionlar Liqasının ən azı "pley-off" mərhələsinə vəsiqə qazanır. Çempionlar Liqasının gələcək qalibi - "Real Madrid" və ya "Atletiko" öz çempionatlarından birbaşa vəsiqəyə yiyələndiklərindən, "Sevilya" da qrup mərhələsinə yüksəlib.