
"Bavariya" klubu Almaniyada futbol mövsümünü "qızıl dubl"la başa vurub. Sportnet.az-ın məlumatına görə, Münhen komandası finalda Dortmund "Borussiya"sını məğlub edib.
Görüşün əsas və əlavə vaxtında qol vurulmayıb. Penaltilər seriyasında "Bavariya" üstün olub - 4:3. Daha öncə bu klub Almaniya çempionu titulunu qazanıb.
Qeyd edək ki, "Borussiya" ilə qarşılaşma Xosep Qvardiolanın son oyunu olub. "Bavariya"nın baş məşqçi postunu tərk edən Qvardiola iyulun 1-dən İngiltərənin "Mançester Siti" komandasına rəhbərlik edəcək.