"Qəbələ”nin mövsümlərarası fasilədə hələ ki yeni transfer etməməyi səbəbsiz deyil. Klubun baş meneceri Zaur Əzizov Sportnet.az-a açıqlamasında ukraynalı baş məşqçi Roman Qriqorçukun heyətdəki olan futbolçularla bağlı son qərarı verməyinin vacibliyini bildirib.
Bu məsələ isə birdən həll olunmadığından, bir neçə gün çəkə bilər: "Sözsüz ki, ala biləcəyimiz futbolçuları da nəzərdən keçirərək qərarı vermək istəyirik. Bəzi futbolçularla bağlı qeyri-müəyyənlik davam edir. Komanda daxilindəkilərlə bağlı yekun qərar veriləndən sonra yenilərlə bağlı məsələyə keçəcəyik. Hələliksə baş məşqçinin qərarını gözləyirik".
Qeyd edək ki. Avropa Liqasında ölkəmizi təmsil edəcək "Qəbələ”nin iyunun ilk 10 günlüyündə bir araya gələcək.