AZAL-ın qapıçısı Stanislav Namaşko Moldova milli komandasının heyətində növbəti oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, təcrübəli qolkiper İsveçrə yığması ilə Luqanoda keçirilən səfər matçında əsas heyətdə yer alıb.
Oyun Namaşko üçün uğursuz alınıb. Qapıçı 12-ci dəqiqədə etdiyi avtoqolla meydan sahiblərini hesabda 1:0 irəli çıxarıb. Moldovalılar 69-cu dəqiqədə Ranu Qınsarın qolu ilə tarazlığı bərpa edib. Ancaq bundan cəmi 6 dəqiqə sonra Admir Mehmedi İsveçrə yığmasına qələbə gətirən qolun müəllifi olub - 2:1.
Qeyd edək ki, AVRO-2016-ya hazırlaşan isveçrəlilər A qrupunda Fransa, Albaniya və Rumıniya yığmaları ilə birgə yer alıb.