"Əlbəttə, yeni transferimiz Pərdis Fərcad-Azad haqda mətbuatda yazılanlar bizə bir az pis təsir etdi. Onun qalmaqalı keçmişdə olub". Bu fikirləri Sportnet.az-a açıqlamasında "İnter"in seleksiyaçı məşqçisi Zaur İsmayılov deyib. Bir vaxtlar Azərbaycan milli komandasının da şərəfini qorumuş hücumçu Pərdis Fərzad-Azadın "bankilər"in heyətində debüt etməmiş zorlamada günahlandırılması ilə bağlı xəbər mətbuatını gündəmini zəbt edib. Almaniyalı model
Gina-Liza Lohfinks 4 il öncə Berlin məhkəməsinə müraciət edərək, Pərdis də
daxil olmaqla 2 nəfərin ona təcavüz etdiyini bildirib. Bunlar biri Pərdis, digəri Sebastyan adlı şəxsdir. Qadın hər ikisindən 24 min avro təzminat tələb edib. Onlar isə bununla
razılaşmayaraq, apellyasiya şikayəti ediblər.
İsmayılovun sözlərinə görə, Fərcad-Azadın olayla bağlı "İnter"dəki futbolçularla danışığı olub: "Pərdis deyib ki, bu hadisə çoxdan baş verib və məhkəmədə onun haqlı olması ilə bağlı qərar çıxarılıb. Yəni keçmişdə olan şeylərdə problem görmür və məsələni xeyrinə həll olunmuş sayır. Biz də fikirləşirik ki, bu məsələnin indi ortaya atılması məqsədli ola bilər. Çünki futbolçu uzun müddətdir Azərbaycanda oynayır. Ancaq çoxdan baş verən olan məsələ indi ortaya atıldı".
Xatırladaq ki, Pərdis 2012-ci ildən ölkəmizdə çıxış edərək 4 mövsüm "Sumqayıt"ın şərəfini qoruyub.