2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, son olaraq "Qəbələ"də çıxış etmiş Vadim Abdullayevdir.
22 yaşlı dayaq yarımmüdafiəçisi 1 illik anlaşmaya imza atıb.
Qeyd edək ki, Vadim Abdullayev əvvəllər "Bakı" və "Simurq"un heyətində də çıxış edib.













































































