"Qarabağ” və "İnter”i azarkeşləri, "Rəvan”ı isə məşqçisi cəriməyə saldı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, Topaz Premyer Liqası klublarından "Qarabağ” və "İnter”i azarkeşləri, "Rəvan”ı isə məşqçisi Gündüz Hindal ziyana salıb.
AZAL-la matçın 87-ci dəqiqəsində "İnter”in, "Xəzər Lənkəran”la görüşün 52 və 67-ci dəqiqələrində "Qarabağ”ın azarkeşləri pirotexniki vasitələrdən istifadə ediblər. Hər iki klub klub 1000 manat cərimələnib.
"Bakı” ilə oyunun 45+1-ci dəqiqəsində isə "Rəvan”ın məşqçisi Gündüz Hindal texniki zona qaydalarını pozduğu üçün meydandan kənarlaşdırılıb. Ona 1 oyunluq cəza, klubuna 1000 manat cərimə kəsilib.