1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Boks yığmamız "Rio-2016"da tam heyətlə təmsil olunacaq
Azərbaycanın daha bir boksçusu Rio-de-Janeyroda keçiriləcək yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Sportnet.az-ın məlumatına görə, buna Bakıda təşkil olunan boks üzrə "Rio-2016"ya Dünya Təsnifat Turniri çərçivəsində 75 kq-da çıxış edən təmsilçimiz Kamran Şahsuvarlı nail olub.
Bu gün keçirilən final görüşlərində beş çəki üzrə qaliblərin adına artıq aydınlıq gəlib. Yerli azarkeşlərin xüsusi maraqla gözlədiyi 75 kq çəki dərəcəsində final görüşü baş tutmayıb. Belə ki, Azərbaycan boksçusu Kamran Şahsuvarlının 1/4 finalda məğlub olduğu İrlaniya boksçusu Maykl Oreylinin türkmənistanlı rəqibi Açilov görüşə çıxmaqdan imtina edib. Nəticədə boksçumuz beşinci vəsiqənin sahibi olub.
Beləliklə, Azərbaycanın kişilərdən ibarət boks üzrə yığma komandası tarixdə ilk dəfə olaraq Olimpiadada tam heyətlə təmsil olunacaq.
Xatırladaq ki, bunadək ən yüksək nəticəmiz 12 il əvvəl Afina Yay Olimpiya Oyunlarında qeydə alınıb. Əlcək ustalarımız sözügedən yarışda 9 nəfərlə təmsil olunmuşdu. İndisə Azərbaycan 10 çəki dərəcəsində təmsil olunacaq. Qadın boksunda yeganə lisenziyamızı Anna Alekseyevna qazanıb. Boks yığmamızın bu uğuru güləş millisindən sonra 2-ci belə nailliyyətdir. Fərq ondadır ki, güləşdə daha az çəki dərəcəsində lisenziya qazanmışıq.
Bakıdakı boks turnirinə isə bu gün yekun vurulacaq. Finalda artıq "Rio-2016"ya yüksələn iki təmsilçimiz yarışacaq. Rüfət Hüseynov ispaniyalı Samuel Karmona, Teymur Məmmədov finalda almaniyalı Serge Mixellə üz-üzə gələcək.
Sahib Əsədbəyli
AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb