Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Sportnet.az-ın məlumatına görə, komanda günü 2 məşqlə keçirib.
Futbolçular günün ilk çalışmasını fitnes zalında keçirib. Axşam hazırlığı isə meydançada baş tutub və 1 saat 45 dəqiqə davam edib.
"Qarabağ"ın düşərgəsinə dünən qoşulan Ansi Aqolli məşqlərdə iştirak edib, zədəli futbolçu Namiq Ələsgərov isə fizioterapevt nəzarəti altında çalışmasını davam etdirib, ayağında ağrılar hiss edən Azər Salahlı isə məşqdə iştirak etməyib.










































































