1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Belçika millisində AVRO-2016-nı başa vurmalı olan futbolçu
Belçika millisinin futbolçusu Yan Vertongen üçün AVRO-2016 vaxtından əvvəl başa çatıb. Sportnet.az-ın məlumatına görə, "Tottenhem"ın sol cinah müdafiəçisi məşqdə topuq nahiyəsində aldığı zədə üzündən final mərhələsində bir daha meydana çıxa bilməyəcək.
Bunu tibbi müayinə göstərib. Məlum olub ki, 29 yaşlı futbolçunun zədəsini sağaltması üçün 6 həftə lazımdır.
Vertongen "Twitter"dəki şəxsi səhifəsində turnirinin onun üçün bitdiyini təsdiqləyib: "Təəssüflə bildirirəm ki, AVRO-2016 mənim üüçn artıq başa çatdı. Turnirin qalan oyunlarına komanda yoldaşlarıma uğurlar".
Xatırladaq ki, Belçika bu gün 1/4 finalda Uelslə görüşəcək.