1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bu gün PFL-in yaranmasının 8 ili tamam olur
Bu gün Peşəkar Futbol Liqası (PFL) üçün əlamatdar gündür. Sportnet.az-ın məlumatına görə, qurumun yaranmasından 8 il ötür.
2008-ci ilin məhz bu günü təsis olunan PFL ölkə futbolunun əsas liqalarının keçirilməsinə cavabdehdir. Geridə qalan 8 il ərzində müxtəlif yeniliklərə imza atan qurum ölkə futbolunun inkişafı üçün çalışır. Qurum yarandıqdan sonra klublarımız avrokuboklarda uğurla çıxış ediblər. Bunun nəticəsində Avropa reytinqində xeyli irəliləmişik.
PFL-in yaranmasından sonra Əsasnamə və nizam-intizam qaydalarına dəyişiklik edilərək oyun sonrası mətbuat konfranslarında ancaq baş məşqçilərin iştirak etməsi təmin edildi. İlk dəfə olaraq Azərbaycan çempionuna kubok verildi, Premyer Liqada mükafat qazanmış klubların medallarla təltif edilmə mərasimi yüksək səviyyədə təşkil edildi, təltif etmə mərasimində müxtəlif nominasiyalar üzrə ən yaxşılara mükafatlar təqdim edildi.
PFL-in yarandığı vaxtda Premyer Liqa ilə yanaşı eyni zamanda I divizion və əvəzedicilərin çempionlarına da medallar və kubok təqdim olundu. PFL prezidenti Ramin Musayevin şəxsi təklifindən sonra əvəzedicilərin turnirinin keçirilməsinə start verildi. Oyun praktikası baxımından əziyyət çəkən bir cox gənc oyunçu gərgin rəqabətli turnirdə iştirak etmək imkanı qazandı.
Ramin Musayev PFL yaranandan ona rəhbərlik edir. 53 yaşlı futbol funksioneri bu posta artıq 2 dəfə seçilib və 3-cü dönəmini yaşayır.
Sportnet.az kollektivi Ramin Musayev başda olmaqla PFL kollektivini təbrik edir, işlərində uğurlar arzulayır.