FİFA prezidenti Canni İnfantino maraqlı təkliflə bildirib. Sportnet.az-ın məlumatına görə, ali futbol qurumunun rəhbəri 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında oyunları qadın hakimlər tərəfindən idarə olunmasını təklif edib.
İnfantino rəhbərlik etdiyi qurumun bu təklif üzərində işləyəcəyini deyib: "Dünya çempionatı ilə bağlı təklifim var. Rusiyada keçiriləcək mundialda qadın hakimlərin oyun idarə etməsi çox cəlbedici olar. FİFA bu məsələ ilə bağlı işləyəcək. Nə edəcə biləcəyimizə baxmalıyıq. Bu çempionatın azarkeşlərin təhlükəsiz bayramı olması üçün hər şeyi etməliyik".
Qeyd edək ki, DÇ-2018-də oyunları qadın hakimlər idarə edərsə, bu futbol tarixində ilk olacaq. İndiyədək kişilərin turnirinin final mərhələsini qadın hakimlər idarə etməyib.