Azərbaycan Premyer Liqasında növbəti ildə - 2017/18 mövsümündə yenidən 10 komanda çıxış edəcək. Bu haqda Sportnet.az-a Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı artıq AFFA prezidenti Rövnəq Abdullayevlə söhbət olacaq: "Söz verirəm ki, gələn il Premyer Liqada 10 komanda olacaq. Artıq AFFA rəhbərliyi ilə bu haqda danışmışıq. Bunu ilk olaraq sizə məlumat verirəm. AFFA prezidenti Rövnəq Abdullayeviun təşəbbüsü, göstərişi ilə birinci divizionda ən azı 3 komanda Premyer Liqaya gəlməlidir. Premyer Liqadan 1-i aşağı düşəcək, 3-ü gələcək və nəticədə yenidən 10 komanda olacaq. Növbəti mövsüm üçün iki komanda peyda olunsa, sponsor tapılsa, AFFA rəhbərliyi, icraiyyə Komitsindən xahiş edərəm ki, yenidən yığışaq və 10 komandaya qərar verək. Ancaq bilirik ki, hzırda sponsor, pul ayırmaq istəyənlər yoxdur. Ona görə də qraşıdakı komanda ümün 10 komanda mümkün deyil".
PFL prezidenti klublara lisenziya ilə bağlı güzəşt olmayacağını bildirib. Əksinə, bəzi işlərdə onlara ciddi nəzarət olacaq. Misayev bu haqda da saytımıza məlumat verib: "Bildiyiniz kimi, ötən mövsüm klublarımızda maddi problemlər oldu. Bunlar "Rəvan”, "Xəzər Lənkəran”, "Bakı”ya aiddir. Artıq bu işlərə ciddi yanaşmalıyıq. Ona görə də belə qərara gəldik ki, bəzi sahələrdə klubların daxili işlərinə qarışaq. Klublar buna öz etirazlarına bildirə bilərlər. Buna baxmayaraq, neqativ halların yaşanmaması üçün buna məcburuq. Bununla bağlı planlarımız var. Ancaq bunu açıqlamaq hələ tezdir. Çempionat boyu hamısını görəcəksiniz. Bizim hamımız respublikadan kənarda Azərbaycanı təmsil edirik. Klublarımızdan FİFA, UEFA-ya şikayət edəndə, bunun sayı çox olanda, onlar düşünmürlər ki, klub düzgündür, yoxsa səhvdir. Şikayət çoxsaylı olanda heç baxmırlar. Deyirlər ki, haradan gəlib, filan ölkədən, deməli, səhvdirlər. Nəticədə utbolçunun xeyrinə qərar verirlər. Biz bunu yaşamaq istəmirik. Əksinə, bizim klublar haqda müsbət rəy olmalıdır. Klubları məcbur eləməliyik ki, futbolçularla borc məsləsini yoluna qoysunlar ki, adımız pis çıxmasın. Sözsüz ki, belə olmalıdır".
Xatırladaq ki, növbəti mövsümdə Premyer Liqada komandaların sayı bir qədər də azaldılaraq 8 iştirakçı olacaq. Güclülər dəstəsində 9-cu pilləni tutmaqla qalmaq vəzifəsini yerinə yetirən "Rəvan"la yanaşı, birinci divizondan heç bir klub lisenziya ala bilməyib.