1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramin Musayev: "Qəbələ"nin planlarına mane olmaq istəmirik"
Azərbaycan Premyer Liqasında ötən mövsüm bürünc medalların sahibi olan "Qəbələ" hələ də mükafatlarını almayıb. Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin Sportnet.az-a açıqlamasında bu məsələnin gündəmlərinin düşmədiyini bildirib.
Sadəcə, hazırda münasibin vaxtın olmamağı mükafatlandırma mərasininin keçirilməsinə problem yaradır: "Bildiyiniz kimi, "Qəbələ" indi Avropa Liqasında çıxış edir. Komanda hər həftə oyun keçirir və ikinci təsnifat mərhələsinin də bir addımlığındadır. Biz "Qəbələ"nin planlarına mane olmaq istəmirik. Bürünc medalların təqdimatı ilə bağlı kluba müraciətimizi etmişik. Hələ bir söz deməyiblər, cavablarını gözləyirik. Baş məşqçinin dəvətimizi qəbul etməyə nə zaman vaxtı olacaq, bunu reallaşdıracağıq. Hələliksə onları narahat etmək istəmirik".
Xatırladaq ki, PFL Premyer Liqada qızıl və gümüş medalların sahibləri olan "Qarabağ"la "Zirə"yə mükafatlarını son turda "Azərsun Arena"da təqdim edib. "Qəbələ" həmin gün Gəncədə "Kəpəz"lə matçda olduğundan, bunu reallaşdırmaq mümkün olmayıb. Roman Qriqorçukun komandası ötən il bürünc medallarını Qəbələdə axırıncı oyundan sonra almışdı.