1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramin Musayev: "Sponsor olsa, klublar arasında əlavə turnir keçirərik"
"Superkubokun keçirilməsinə müsbət baxırıq. Ancaq bu oyunu keçirmək vaxt məhdudiyyəti üzündən alınmır. Həm də son 2 mövsümdə "Qarabağ" "qızıl dubl" edib. Belə olan halda, qaydaya görə, Superkubok oyun keçirilmədən avtomatik bu kluba verilir". Bu fikirləri Sportnet.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib. Onun sözlərinə görə, mövsüm bitəndən sonra futbolçuların istirahətə, legionerlərin vətənlərinə yollanmaları planlaşdırılan müəyyən işlərin həyata keçirilməsinə imkan vermir. Üstəlik, milli komandamız mayın sonu - iyunun əvvəlində Avstriyada təlim-məşq toplanışında olub.
Musayev çempionatın püşkatmasından öncə millimizin baş məşqçisi Robert Prosineçki ilə görüşündə təqvim və digər məsələləri müzakirə edəcəklərini bildirib. Bu, Premyer Liqada komandaların sayı 8-ə endirildiyindən, oyunların sayının azalması ilə bağlıdır: "Belə olan halda, əlavə bir turnir keçirmək mümkündür. Maddi imkanımız, normal sponsorumuz olsa, normal büdcə ayıra bilsək, mükafatlandırma olsa, yəqin ki, bu, klublara da bir stimul olar. Turnirdə iştirak etməyə doğrudan da ürəklə yanaşarlar. Turnir keçirəndə gərək əsas futbolçular oynasın. Klublar əvəzedici heyətlərini buraxacaqlarsa, onda heç onu keçirməsən yaxşıdır. Reklam naminə heç vaxt çalışmamışam. Həmişə istəmişəm ki, reallıq, dəqiq söhət olsun. Sözsüz ki, komandaların, oyunların sayının az olması bizi də narahat edir. Ancaq düşdüyümüz vəziyyəti dərindən bilirik. Narazı olmağımıza baxmayaraq, bunu qəbul etməyə məcburuq".
PFL prezidenti futbolumuzun, futbolçularımızın inkişafı naminə hətta əsasnamənin pozulmasından da söz açıb: "İdman naminə lazım olanda nəsə düşünmək olar. Mən hüquq qanununu pozmuram. Ancaq öz reqlamentimizə əsasən yerli, gənc futbolçumumuza oynamağa imkan veririk. Buna görə məsuliyyəti öz üzərimə götürürəm, cəzanı çəkməyə hazıram. Təki həmin futbolçu oynasın. Yadınızdadırsa, bir vaxtlar Rəşad Sadıqovun "Neftçi”yə keçidi ilə bağlı Türkiyədən gələn sənədlər 4 saat gecikdi. Buna görə Rəşad 1 il itirdi, getdi basketbol oynadı. Hamımız, biz də razı olardıq ki, AFFA-nın həmin vaxtkı rəhbərliyi 4 saatı nəzərə almayıb reqlamenti pozsun. Sadıqovun oynamasına şərait yaratmalı idilər. Futbolçu futbol oynamalıdır, basketbol yox".