UEFA Portuqaliya Futbol Federasiyasını (PFF) cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, qurumun Nzam-İntizam Komitəsi Portuqaliya yığmasını AVRO-2016-da Polşa millisi ilə 1/4 final matçında baş verənlərə görə 7000 avro cərimələyib.
Bunun 2000-i matç zamanı azarkeşlərin pirotexnika vasitələrindən istifadəsinə, 5000-i isə azarkeşlərin meydana daxil olmaları ilə bağlıdır. UEFA buna görə PFF-i eyni zamanda xəbərdarlıq edib.
Xatırladaq ki, Portuqaliya Polşa ilə əsas və əlavə vaxtı 1:1 hesabı ilə nəticələnən matçda oyunsonrası penaltilərdə qalib gəlib - 5:3.