1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövnəq Abdullayev: "Qəbələdə klubların iştirakı ilə böyük turnir keçirəcəyik"
"Ramin Musayev növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçildi. Ədalətli yol keçmişik. Hakimliyin keyfiyyətini qaldırmaq üçün işlər görür və ən yüksək səviyyədə hazırlıq keçirlər.". Sportnet.az-ın məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev Peşəkar Futbol Liqasının (PFL) prezident postuna keçirilən seçkilərdən sonra deyib.
Qurum rəhbəri PFL prezidenti postuna heç kim namizədin olmamasına münasibət bildirib: "Heç bir namizəd olmadı. Bu elə bir işdir ki, söyülən yerdə heç kim namizəd işləmir. Bu postda namizədlik vermək böyük cəsarət tələb etmir. İstərdim kimsə alternativ olsun, namizədliyini versin. Heç kim namizədliyini vermirsə, mən nə edə bilərəm?"
Bu gün keçirilən mətbuat konfransında R.Abdullayev çempionatda komandaların sayının artacağını bildirib: "Çempionatda klubların sayının azalması səbəbindən oyun səviyyəsinin aşağı düşməməsi səbəbindən qərara gəldik ki, mayda Qəbələdə komandaların iştirakı ilə böyük turnir keçirilsin. Gözəl turnir edib böyük mükafat verəcəyik ki, hər kəs həvəslə iştirak etsin. IV İslam Həmrəyliyi Oyunları müddətində çempionat dayanmasın deyə bu turniri keçirəcəyik. Gələn ilə ən azı I Diviziondan 4 komandanı hazır edəcəyik ki, Premyer Liqada komandaların sayı artsın".
AFFA prezidenti hakimlik məsələsinə də toxunub: "Hakimlərimiz toplanışa gedəcəklər. Qışda problem oldu, havalar pis idi və heç bir komanda Antalyaya gəlmir. Bu il yayda gedəcəklər. Hakimlərin səhvində Xaqani Məmmədov günahkardırsa, gəlin, onun başını kəsək. Xaqani müəllimin işi hakimlərin hazırlığı və onların təyinatını düzgün bölüşdürməsidir. Bizim futbolda qərəzli qərarlar yoxdur. Hüquq mühafizə orqanlarından da bununla bağlı xahiş etmişik. Hökumətə də müraciət etmişik ki, mərc oyunlarında oyun alqı-satqısı olur. Bizdə belə bir maddə yoxdur. Müraciətimizdə bildirmişik ki, bununla bağlı cinayət məcəlləsində maddə olsun".
Qurum rəhbəri futbolun inkişafı ilə bağlı yeni proqramın hazırlandığını deyib: "Yeni proqram 2020-ci ilədək nəzərdə tutulub və hazırlamışıq. Bu qısa proqramdır. Sentyabrda bununla bağlı ictimaiyyətə məlumat veriləcək".