1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sabahdan məni burdan görsəniz, şərəfsizəm"
"I Divizionda çıxış edəcək komandaların sayını dəqiq deyə bilmərəm. "Səbayel" klubu da bizə iştirak etmək üçün müraciət edib. "Şuşa Qarabağ" mənə məktub verib. Bu şirkət 4 faizlik ödəyicidir və mənə 300 min manatlıq zəmanət verir. Bu inandırıcıdır?". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün keçirilən mətbuat konfransınad bildirib.
Onun sözlərinə görə, birinci diviziondan Premyer Liqaya gələn klublarda maddi dayağın olmasə əsas şərtdir: "Araz Naxçıvan", "Həkəri" fəaliyyətini dayandıranda kimi qınadı? Məni... "Şuşa" komandasını ilk dəfə mən yaratmışam və 4 il bunun üçün əziyyət çəkmişəm. Həmin komandanı Nadir Qasımova verdik. Ona futbol mütəxəssis kimi böyük hörmətim var. Amma bir dənə də futbolçu verə bilmədi. "Şəmkir"i kim qaytardı? Mən.. Bir oyunçu gəldi? Yox! Səkkiz komanda olsun, amma futbolçu yetişsin. Bir komandaya nəzarət edəcəm. Görün az miqdarda necə komanda edirlər. Divizonda ən azı 12 komanda gözlənilir. Ona da ola bilər. Mənə keyfiyyət vacibdir, kəmiyyət yox. Əgər gələn ildən 12 komanda olsa, Premyer Liqadan heç kim getməyəcək. "Neftçala"nın iki il divizion çempionu olmasına gəlincə, bu müddətdə futbolçu yetişdirib?
Musayev futbolçuların ondan kömək etməyi xahiş etdiklərini söyləyib: "Bu dəqiqə transfer mövsümüdür. Kömək edən olsam, elə oğluma edərəm. Saç stilini görüb deyirəm ki, futbol oyna, sonra özünü kiməsə oxşat. Bizim kasıblar itlərin adını "gümüş" qoyur. Bizim futbolçular tez dəyişir. "Neftçi"də çalışmışam. Mənim vaxtımda futbolçunun ixtiyarı nə idi ki, axşam 11-də evdə olmasın? İndi hər gecə restorandadırlar. Futbolçunun qabağında kimin dili gödək olur? Günahı olan adamın. İstədiyiniz futbolçuya sözümü deyə bilərəm. Bir nəfər desin ki, Ramin müəllimə ya pul vermişəm, ya da kiminsə əli ilə vermişəm. Sabahdan məni burdan görsəniz, şərəfsizəm.