"Qəbələ"nin sabiq futbolçusu Marat İzmaylov Rusiya"Krasnodar"ına qayıdıb. Sportnet.az-ın məlumatına görə, 34 yaşlı yarımümdafiəçi köhnə-yeni komandasının Avstriyadakı təlim-məşq toplanışına qatılıb.
Hazırda sərbəst olan İzmaylov "Krasnodar"ın hazırlığında sonadək qalacaq. Komanda Krasnodara qayıdandan sonra onun qalıb-qalmayacağı ilə bağlı qərar veriləcək.
Xatırladaq ki, Marat 2014-cü ilin yayında "Qəbələ"dən məhz "Krasnodar"a keçərək 1 il çıxış edib. Həmin vaxt o, müqavilə ilə "Portu"nun futbolçusu idi və icarə əsasında oynayırdı. İzmaylov Rusiya Premyer Liqasının bürünc medalını qazandığı bu komandada 31 matç keçirərək, 1 qol, 3 məhsuldar ötürmə müəllifi olub.