Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Bakıya avqustda qayıdacaq. Bu haqda Sportnet.az-a millimizin rəisi İslam Abbasov məlumat verib.
Onun sözlərinə görə, xorvatiyalı mütəxəssisin bu ay ölkəmizə gəlişi nəzərə tutulmayıb: "Prosineçki avqustda Bakıya gələcək. Həmin vaxt başlayacaq yeni çempionatımızın oyunlarını izləyəcək. Millmiizn növbəti təlim-məşq toplanışı rəsmi oyun öncəsi olacaq. Bildiyiniz kimi, qarşıdakı seçmə mərhələyə sentyabrın 4-də San-Marinoya qarşı səfər oyunu ilə başlayacağıq. Avqustda isə millinin toplanışı nəzərdə tutulmayıb. Həmin vaxt klublarımız avrokuboklarda iştirak edirlər".
Son 1 ayda Fransada AVRO-2016-da milli komandamızın DÇ-2018-də rəqiblərinin oyunlarını izləyən Prosineçkinin avrokuboklardakı təmsilçilərimzin səfər matçlarında da yer alacağı gözlənilir.