1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əliyar Ağayev İtaliyanın oyununda
Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev Avropa çempionatının oyununa baş hakim təyin olunub. Sportnet.az-ın məlumatına görə, Ağayev 19 yaşadək yığma komandaların qitə çempionatının final mərhələsində İtaliya - Avstriya matçında ədalət təmsilçisi olacaq. Görüş sabah Bakı vaxtilə saat 14:00-da başlayacaq.
Bu, A qrupunda 2-ci turun oyunudur. Ağayev ilk turda B qrupunda Xorvatiya - Hollandiya (1:3) matçında ukrayalı Anatoli Zabçenkonun başçılıq etdiyi briqadada 4-cü hakim kimi yer alıb.
Xatırladaq ki, İtaliya Almaniyada keçirilən final mərhələsinə meydan sahibləri üzərində 1:0 hesablı qələbə ilə başlayıbsa, Avstriya Portuqaliya ilə heç-heçə edib - 1:1.