1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vadim Vasilyev baş məşqçini qovdu
"Monako" klubu baş məşqçi Klaudio Ranyerini istefaya göndərib. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun vitse-prezidenti Vadim Vasilyev açıqlama verib.
O bildirib ki, verdikləri qərar çətin olsa da, layihələrinə təkan məqsədilə bu addımı atıblar. Yeni baş məşqçinin hələ müəyyənləşmədiyini deyən Vasilyev daha çox hücum futbolu izləmək istədiklərini açıqlayıb: "Klubumuzun ambisiyasında müasir iş metodları ilə çalışan məşqçidir. Çünki azarkeşlərimizin oyunumuzdan daha çox zövq almalarını istəyirik.
Ranyerinin vaxtilə çalışdığı komandalar arasında İngiltərə "Çelsi"si də olub. O, "zadəganlar"ın rusiyalı milyarder Roman Abramoviçin əlinə keçməsindən sonra ilk baş məşqçi olub. "Monako"nun sahibi də daha bir rusiyalı biznesmen Dmitri Rıbolovlyovdur. "Monako" növbəti mövsüm üçün ilk transferini də məhz "Çelsi"dən edib. Həmin futbolçu Eşli Kouldur. Təcrübəli müdafiəçi ilə ilkin anlaşma əldə olunub.