Fransanın "Lion" komandası Türkiyəni tərk edə bilmir. Sportnet.az-ın məlumatına görə, səbəb qardaş ölkədəki hərbi çevriliş cəhdidir.
"Lion" İstanbula "Fənərbağça" ilə yoldaşlıq görüşü keçirməyə gəlib. Lakin 16 iyula nəzərdə tutulan qarşılaşma da məlum hadisələr üzündən ləğv olunub. İstanbuldan bütün reyslər dayandırılıb. Oyunçular isə otellərdə qalırlar.
Qeyd edək ki, hərbi çevriliş cəhdi ilə əlaqədar Türkiyədə hərbi vəziyyət və komendant saatı elan olunub.