Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev Avropa çempionatında növbəti təyinat alıb. Sportnet.az-ın məlumatına görə, gənc referimiz 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Almaniyada keçirilən final mərhələsində baş hakim olacaq.
Aöayev İngiltərə - Xorvatiya matçını idarə edəcək. Ona yan xətdə Milovan Cukiçlə (Çernoqoriya) Ridiger Çokaj (Albaniya) kömək edəcək. Dördüncü hakim Roi Reynşreyber olacaq.
Xatırladaq ki, Ağayev cari turnirdə 1 oyunda baş hakim, 1 oyunda 4-cü hakim olub.