Estoniya milli komandasının və Almaniyanın "Auqsburq" klubunun futbolçusu Raqnar Klavan İngiltərə "Liverpul"una keçəcək. Sportnet.az-ın "Sky Sport"a istinadən məlumatna görə, 31 yaşlı müdafiəçi iyulun 19-da tibbi müayinədən keçəcək. 
Onun xidmətində şəxsən baş məşqçi Yurgen Klopp maraqlıdır. "Liverpul" yığmanın kapitanından ötrü 5 milyon avro xərcləməyə hazırdır. 
Qeyd edək ki, Raqnar Klavan ötən mövsüm "Auqsburq"da 31 oyuna çıxıb. O, Estoniya millisinin heyətində 108 oyun keçirib və 3 dəfə ölkənin ən yaxşı futbolçusu sayılıb. 









                 





    
    
    
    
    
    
    
    
    





















































