Avropa futbolunda karyeralarını bir kluba həsr edən futbolçularn "Top 10" siyahısı dərc olunub. Sportnet.az-ın məlumatına görə, "Qəbələ"nin ingiltərəli sabiq baş məşqçisi Toni Adams da həmin "10-luğ"a düşüb.
Keçmiş müdafiəçi karyerasını Londonun "Arsenal" klubunda keçirib. O, "topçular"ın heyətində İngiltərə Premyer Liqasında 504 oyunda 32 qol vurub.
1996-cı ilin oktyabrın 10-da dünyaya gələn Adams "Arsenal"ın əsas komandasında 17 yaşında debüt edib. Bu, 1983-cü ilin noyabrın 5-də "Sanderlend"lə matç olub. O, 2002-ci ildə karyerasını bitirib. Adams "Arsenal"da vida matçı Şotlandiyanın "Seltik" klubu ilə 1:1 hesabı ilə nəticələnən yoldaşlıq görüşü olub. Asams uzun illər kapitanı olduğu "Arsenal"da keçirib və onun tarixində ən yaxşı futbolçulardan olub.
"Qəbələ"yə 2010-cu ilin mayında gələn Adams baş məşqçi, klub prezidentinin müşaviri və futbol direktoru vəzifələrində olub. O, ötən aydan "Arsenal"ın gənclər komandasında məşqçi kimi çalışır.
Qeyd edək ki, "Top 10"da Karles Puyol, Andres İnyesta (hər ikisi "Barselona"), Qari Nevill, Raayn Giqqz, Pol Skoulz (hər üçü "Mançester Yunayted"), Françesko Totti ("Roma"), Con Terri ("Çelsi"), Paolo Maldini, Franko Barezi (hər ikisi "Milan") yer alıb.