1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanovun Zaqatala klubundan olan davamçısı
Azərbaycan milli komandasının sabiq futbolçusu, "Kolxeti-1913" klubuna keçən Rasim Ramaldanov Gürcüstan çempionatında ilk legionerimiz olmayacaq. Sportnet.az-ın məlumatına görə, qonşu ölkənin yüksək liqasında oynayan ilk futbolçumuz "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov olub.
Milli komandamızın bombardiri, sabiq hücumçusu və sabiq kapitanı 1991/1992 mövsümündə "Alazani" klubunda oynayıb. O, Gürcaani şəhəri təmsilçisində 17 matçda 4 qol vurub. Qurbanov bundan sonra Vətənə dönərək yetirməsi olduğu Zaqatalanın "Daşqın" klubunda heyətində 1992-ci idlə ilk milli çempionatımızın iştirakçısı olub.
Azərbaycandan fərqli olaraq Gürcüstanda milli çempionat 1990-cı ildən keçirilir. "Alazani" Qurbanovun çıxış etdiyi mövsümdə 20 komanda arasında 18-ci olub və son anda yüksək liqada yerini qoruya bilib. "Kolxeti-1913" isə həmin çempionatda 5-ci yeri tutub. Həmin mövsümün bombardiri sonradan "Neftçi"yə keçən gürcü yarımmüdafiəçi Otar Korqalidze olub. O, "Quriya"nın heyətində 40 qol vurub.
Poti şəhərini təmsil edən "Kolxeti-1913" adından göründüyü kimi, 1913-cü ildə yaradılıb və SSRİ vaxtında - 1978-ci ildə respublika çempionu olub. Ramaldanovun yeni klubu Gürcüstan müstəqil çempionatında isə 1993 - 1998-ci illərdə ardıcıl 5 mövsüm gümüş və bürünc medalçı olub. "Kolxeti-1913" tarixinin ən yaxşı dövrü olan 90-cı illərdə avrokuboklarda - UEFA kubokunda və İntertoto kubokunda çıxış edib.
Poti təmsilçisi son mövsümü 16 komanda arasında 12-ci olub. Bu klubun həyata keçirdiyi transfer sayəsində Gürcüstan çempionatında 24 ildən sonra çıxış edən 2-ci futbolçumuz, Qurbanov Qurbanovun davamçısı Rasim Ramaldanov olacaq. Onları birləşdirən daha bir məqam Zaqatala klubuna, Zaqatala futboluna xidmət etmələri olub. Sadəcə, fərq ondadır ki, 44 yaşlı Qurbanov oranın "Daşqın", 30 yaşlı Ramaldanov isə "Simurq" adlı klubunda oynayıb.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb