"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan Çexiyanın "Viktoriya" klubu ölkə çempionatında yeni mövsümə qələbə ilə başlayıb. Sportnet.az-ın məlumatıan görə, Plzen təmsilçisi ilk turda səfərdə "Jihvlava"nı 2:1 hesabı ilə məğlub edib.
Özü də "Qarabağ"ın rəqibinin qələbəsi əzmkar olub. Fasiləyə hesabda 0:1 geridə yollanan "Viktoriya" ikinci hissənin əvvəlində 14 dəqiqəyə vurduğu 2 qolla matçın taleyini xeyrinə həll eidb. 50-ci dəqiqədə Tomaş Kuçera hesabə bərabərləşdirib. 64-cü dəqiqədə isə Yan Kopiç qələbə topunun müəllifi olub.
Plzenlilər çempionatda 2-ci turadək avqustun 2-də "Qarabağ"la Bakıda ÇL-in cavab matçına çıxacaqlar. "Viktoriya" evdə çempionumuzla qolsuz heç-heçə edib.