"Qəbələ" klubunun iyunda 2 illik müqavilə imzaladığı fransalı futbolçu Baqali Dabo üçün ödədiyi transfer məbləği məlum olub. Sportnet.az-ın "Le Parisien"ə istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" 28 yaşlı hücumçu üçün Fransanın "Kretey" klubuna 40 min avro ödəyib.
Futbolçu nəşrlə Bakı ilə bağlı fikirlərini də bölüşüb: "Bakı mənə kiçik Dubayı xatırladır. Görürük ki, şəhər inkişaf edir. Komanda yoldaşlarım kimi mən də dörd ulduzlu oteldə qalıram. Otağım Kreteydəki 54 kv.m-lik evimi əvəzləyir".
"Qəbələ"də debütün Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstan "Samtredia"sına (5:1) qarşı edən Dabo 5 oyunda 436 dəqiqə meydanda olub və 3 qol ötürməsi verib.
Qeyd edək ki, "Loryan” klubunun yetirməsi olan Dabo karyerası ərzində "İvri” (2008-2011), "Kretey” (2011-2013, 2014-2016) və "İstr” (2013-2014) klublarının şərəfini qoruyub.