1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahin Diniyev: "Futbolçuları kökləmək çətindir"
"Yeni mövsümə Avropa Liqası ilə pararlel hazırlaşmışıq. Qitə turnirində mübarizəni dayandırsaq da, bizi qarşıda gərgin çempionat gözləyir". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Dİniyev klub saytına açıqlamasında deyib.
Ölkə çempionatının yeni mövsümü ilə bağlı danışan mütəxəssis bunları bildirib: "Artıq ötən həftədən bütün diqqətlər Premyer Liqaya yönəlib. İlk həftəlik hazırlıq dövrünü "Şərurspor"a qarşı yoxlama görüşü ilə başa vurduq. Həmin matçda hər bir futbolçuya oynamaq şansı verdik. Bu oyun "Qəbələ" ilə çempionat qarşılaşması öncəsi test oldu. Mövqelərə və oyunçulara bir daha baxmaq istədim. Məlum limitlə bağlı seçim etdik. Komanda hazırda normal səviyyədədir. Avroliqadan sonra futbolçuları çempionata kökləmək bir qədər çətindir. Zədəli oyunçuların olmaması xoşdur. Artıq komandada rəqabət var və bu məni çox sevindirir".