Bu gün AZAL-ın futbolçuları ilə hakimlər arasında görüş keçirilib. Sportnet.az-ın məlumatına görə, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və FİFA referisi Orxan Məmmədov komandanın üzvlərinə hakimlik və oyun qaydalarından dərs keçiblər.
Təxminən 2 saat ərzində Məmmədov və onun rəhbərlik etdiyi nümayəndə heyəti oyun qaydalararında edilən yeniliklərdən söhbət açıb və əyani vasitələrlə, foto-video görüntülərlə şərh veriblər. Komanda üzvləri görüşdə fəallıq göstərib və konkret epizodlar üzrə suallar veriblər.
Baş məşqçi Tərlan Əhmədov və X.Məmmədov belə görüşlərin hər ay planlaşdırılıb keçirilməsi üçün razılıga gəlib.