"Çempionatın startı münasibətilə futbolsevərləri təbrik edirik. İlk oyun. üstəlik "Neftçi" ilə görüş ağır keçir. Ümumilikdə komandamdan razı qaldım". Sportnet.az-ın məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının ilk turunda "Neftçi" ilə keçirilmiş oyundan sonra deyib.
Baş məşqçi matç haqda bunları bildirib: "Futbolçularda ilk oyun həyacanı hiss olunurdu. Komanda mübarizə apardı. Qarıda çətin oyunlarımız var. Düşünürəm ki, bu ilki heyət bir az oturuşmuşdur. Bir neçə futbolçu cəlb etmişik və onlar komandaya uyğunlaşır. Ruslan Əmircanovun təcrübəsi var. Ancaq yeni gələnlərin hamısını ilk hissədə meydana buraxmaq olmur. Onun fiziki durumu 90 dəqiqə oynamağa imkan vermədi. Hücum xəttini düşünürdük. Hər bir futbolçunun meydançada işlətdiyi ifadə və hərəkətinə hörmətlə yanaşıram. Belə oyunlarda emosiya çox olur. Belə olanda hər bir söz işlətmək olar. Sayılmayan qolumuz oldu. Hakim nə olduğunu daha yaxşı gördü. Bizim buraxdığımız qoa gəlincə, Elşadın o qədər də təcrübəsi yoxdur. Bəlkə də oynayanda belə olmamışam, amma çox emosionalam. Bəlkə də bunlar bir təcrübədir. Zamanla elə komandada işləyə bilərəm ki, belə emosiyalar olmasın. Klubun vəziyyəti göz qabağındadır. Bəlkə də büdcə baxımından elə səviyyəli futbolçular gətirəcəm ki, daha rahat olsun. Bizim kimi hakimlərin də səhvi olur. Elə epizodlar olur ki, səhv hər iki komandaya qarşı olur".
"Başqasının işini təhlil etmək zamandır. Futbolu hamı oynaya bilmir, amma hamı analiz edir. Mənim iki hücumçum var Röyal və Canalidze. "Neftçala" mayda dağıldı, Canalidze səkkiz gündür ki, bizim heyətə qoşulub. Onu necə meydana buraxım? Məcburuq. Bu məbləğə hansı səviyyəli futbolçu gətirə bilərik? Canalidzeyə min manat maaş veririk. Mənim bugünkü hədəfim 4, 5 və 6-cı pillədir. Bacardığımız qədər oynayacağıq. İlk üç pillə desəm yalançı olaram. Bütün futbolçular öz optimal formasını yığandan sonra daha yaxşı AZAL görəcəksiniz. Aşağı dəstədən gələn futbolçuları divizion psixologiyasından çıxarmaq çətindir. Röyalın bəzi epizodlarda soyuqqanlı olması məni sevindirir, ancaq bizə vaxt lazımdır. Təbii ki, onun özünün də istəyi olmalıdır. Ruslan cəzalandı, nəticədə əvəzedici heyətə göndəriləcək. Orada necə oynayacaq, ona məşqçilər nəzarət edəcək. Rəqibə qarşı tərbiyəsizlik etmək, komandaya qarşı hörmətsizlik etməkdir. Digər epizodlarda futbolçuya heç nə deyə bilmərəm. Ancaq belə epizodlarda cəalanmalıdır".
Qeyd edək ki, "Neftçi" 2:0 hesabı ilə qalib gəlib.