
"İlk yarıda meydana öyrəşə bilməmişdik. Hava isti idi. Qırmızı vərəqə aldıqdan sonra taktiki dəyişiklik etdik. İkinci hissədə oyunumuz fərqli alındı". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Rəhman Hacıyev Premyer Liqanın ilk turunda AZAL-a səfərdə 2:0 hesabı ilə qalib gəldikləri səfər matçından sonra "CBC Sport"a açıqlamasında bildirib. Oyunda 2-ci qolun müəllifi olan millimizin yarımmüdafiəçisi bu mövsüm komandasının yaxşı çıxış edəcəyini söyləyib: "Həqiqətən də "Qarabağ"la "Qəbələ"nin güclü olduğunu bilirik. Amma komanda şəklində qalib gələ bilərik. Ötən il çox pis nəticə göstərdik. Bu mövsüm fərqli olacaq".