Bu gün Topaz Premyer Liqasında mövsümün ilk turunun üçüncü oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, "İnter Arena"da keçirilmiş oyunda "İnter" "Qarabağ" klubunu qəbul edib.
Oyuna daha aktiv başlayan qonaqlar matçın 10-cu dəqiqəsində istəyinə çatıb. İlqar Qurbanovun ötürməsindən sonra Reynaldo Səlahət Ağayevin qoruduğu qapıya yol tapıb. Tərəflər fərqlənməyə çalışsalar da, hücumlar nəticə verməyib. İlk hissə bu hesabla da başa çatıb.
İkinci hissədə topa ilk toxunuşu "Qarabağ" komandası edib. İkinci hissənin ilk dəqiqələrində də komandaların fərqlənmək istəkləri alınmayıb. Maçtın 69-cu dəqiqəsində "bankirlər"in yeni transferi Ruslan Abışov İbrahim Şehiçin qoruduğu qapıya yol tapıb. Hücumların sayını artıran meydan sahibləri 74-cü dəqiqədə hesabda önə keçməyi bacarıb. Abışov cərimə zərbəsindən özünün və komandasının ikinci qolunu vurub.
Oyun bu hesabla da başa çatıb.
Turun sabah keçiriləcək son oyununda isə "Qəbələ" Gəncənin "Kəpəz" klubunu qəbul edəcək.
Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" səfərdə AZAL-ı 2:0, "Sumqayıt" isə "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.
***
7 avqust (bazar)
20:00. "İnter” – "Qarabağ” - 2:1
Qol: Ruslan Abışov, 69; 74 - Reynaldo, 10
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim inspektor: Məlik Həsənov
Bakı. "İnter Arena” stadionu