Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Sportnet.az-a müsahibəsi
- Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün açılış oyununa canlı baxdınız. AZAL - "Neftçi” görüşü barədə nə deyə bilərsiniz?
- Oyun maraqlı keçdi. Çempionatın açılış matçı idi. Yeni mövsümün startı ilə bağlı futbolsevərləri, klubları təbrik edirəm. Keçənilki çempionatın sonu pis alınmadı. Bu gün 2 komandamız Avropa Liqasında pley-offdadır. Onlara uğurlar arzulayıram. Məncə, bu il çempionat daha maraqlı alınacaq.
- 2 qırmızı vərəqə, 2 qol, hesaba alınmayan 2 qol... Startın baş tutduğunu söyləmək mümkündür?
- Qırmızı vərəqələrə görə futbolçular sağ olsunlar. İlk turdan bizə xeyir verirlər (gülür).
- AZAL-ın hesaba alınmayan qolu ilə bağlı fikirləriniz necədir?
- Qolun olub-olmadığını demək indidən çətindir. Mütləq epizodun təkrarına baxmaq lazımdır.
- Amma əksəriyyət qolun qaydalar çərçivəsində vurulduğunu bildirir və epizodun təkrarında da topun qapı xəttini keçməsi görünür...
- Biz öz kameralarımızla epizodun təkrarına baxacağıq. Bilirsiniz ki, PFL-in operatorları peşəkardırlar. Epizoda baxdıqdan sonra dəqiq fikir bildirmək mümkündür.
- Hər halda, sizin fikrinizcə, hakim düzgün qərar qəbul edib?
- Ola bilər, qol olsun, ola bilər olmasın. Futbolda hər şey mümkündür. Matçdan sonra hakimlə görüşdüm. O, dedi ki qolun olmadığına 100 faiz əminəm. Qapı yanındakı hakim də onu bildirdi. Söylədilər ki, top yerə dəyəndə ağ toz qalxmadı.
- Bəs, oyunun keyfiyyəti sizi qane etdi?
- 1-ci oyun üçün razı qaldım. "Neftçi” ikinci hissədə gücünü göstərdi. Birinci hissədə "Nefti” zəif təsir bağışladı. Amma fasilədən sonra daha yaxş oynadılar. Belə alınacağını gözləyirdim.