1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ruslan Abışov üçün əlamətdar tur
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünün ilk dublunun müəllifi olub. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı müdafiəçi I turun "İnter” – "Qarabağ” oyununun ikinci hissəsində 2 qol vuraraq, komandasına qələbə qazandırıb – 2:1.
Bu, Abışovun Premyer Liqa karyerasında ilk dublu olub. Bu matçadək yüksək liqada 176 oyun keçirən futbolçu heç vaxt bir görüşdə 2 dəfə fərqlənməmişdi. Ölkə çempionatlarında 12 qol vuran Ruslan bu topları 12 müxtəlif qarşılaşmada rəqib qapısından keçirmişdi. Abışov karyerasında 4-cü klubun heyətində çempionatda qol sevinci yaşayıb. 2 qol vurduğu "İnter”ədək "Neftçi”də 7 dəfə fərqlənən arxa xətt oyunçusu "Xəzər Lənkəran”da 1, "Qəbələ’”də 4 dəfə rəqib qapısına yol tapıb.
Abışovun "Qarabağ”ın qapısından keçirdiyi 2-ci top "İnter”in öz meydanında vurduğu yubiley – 350-ci top olub. 232-ci ev oyununda buna nail olan bakılılar evdə 139 top buraxıb.