
"Azarkeşlərimizi sevindirə bilmədik. Amma fəlakət baş verməyib. Hələ ikinci turdur". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov bu gün Azərbaycan Premyer Liqasında "Qarabağ"la oyundan sonra keçirilən mətbuat konfransında bildirib. Onun fikrincə, evdə 0:2 hesabı ilə uduzduqları matçda hücumçu Vaqif Cavadov ən zəiflərdən idi: "Amma digərləri də yaxşı oynamadı. İstədiyimiz dayaq yarımmüdafiəçisi mövqeyində əziyyət çəkirik".
Abasov yeni transferləri, millimizin əsas qapıçısı Kamran Ağayevdən daim hörmət gördüklərini söyləyib: "Eşitdiyimə görə, "Sumqayıt"da düzələcəyini deyib. Meyxana bacarırsa, öz işidir. Biz ona qadağa qoya bilmərik".