Bir neçə dəqiqədən sonra baş tutacaq "Qəbələ" - "İnter" oyununa gələn azarkeşlər nümunəvi addım atıb. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, əyalət təmsilçisinin azarkeşləri "bankirlər"ə dəstək nümayiş etdirib.
Buna cavab olaraq qonaq azarkeşlər də öz dəstəyini "Qəbələ"dən əsirgəməyib. Stadionda "Qəbələ" və "İnter" sədaları səslənib.
Qeyd edək ki, 'Dalğa Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq.







































































