"Qəbələ" azarkeşləri Azərbaycan Premyer Liqasının II tuurnda "İnter"lə ev oyununda hakimlikdən narazı qalıblar. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, "qırmızı-qaralar"ın fanatları ilk hissənin sonunda bunu özünəməxsus şəkildə nümayiş etdiriblər.
Belə ki, onlar fasiləyə az qalmış "Xaqani çıx get, AFFA-nı tərk et" şüarları səsləndiriblər. Bununla da "Qəbələ" azarkeşləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu istefaya səsləyiblər.
Xatırladaq ki, ilk hissəsi qolsuz bərabərliklə bitən matçın baş hakimi Rauf Cabbadov "Qəbələ"nin 2 futbolçusuna sarı vərəqə göstərib.