Azərbaycan Premyer Liqasının II turunun mərkəzi oyunu milli komandamızın məşqçisinin diqqət mərkəzindədir. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Robert Prosineçkinin yerli köməkçilərindən olan Mahmud Qurbanov "Qəbələ" - "İnter" matçını "Dalğa Arena"dan izləyir. Azərbaycanın ən titulu futbolçusu öz qeydlərini edərək ölkəmizə hələ ki qayltmayan xorvatiyalı mütəxəssisə çatdıracaq.
Xatırladaq ki, Qurbanov "İnter"in heyətində 2008-ci ildə ölkə çempionu olub.