1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter"in Müşahidə Şurasına sədr seçildi
Bakının "İnter" klubunun Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. Sportnet.az-ın məlumatına görə, klubun Nizamnaməsinə uyğun olaraq "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti Akif Əhmədiya oğlu Əliyevin və Yohann Enqbrextin "İnter"in Müşahidə Şurasına üzv seçilmələri barədə qərar qəbul edilib.
Bundan əlavə, həmin qərarla Yohann Enqbrext "İnter"in Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub.
A.Əliyev 2015-ci ilin iyulundan Azərbaycan Beynəlxalq Bankının Problemli kreditlərlə iş departamentinin direktoru vəzifəsində çalışır. O, 2011-2015-ci illərdə bankın Baş direktoru, 1992-2011-ci illərdə isə bankın Risklərin idarəedilməsi, Kredit, Aktivləri idarəetmə və investisiyalar departamentlərində müxtəlif vəzifələrdə çalışıb.