1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in baş məşqçisi: "İsti havada futbolçular iki dəfə artıq güc sərf etdilər"
"Əlbəttə, ilk qələbə çox şirin gəlir. Əvəzedici komanda olaraq Gəncədə ilk qələbəmizi qazandığımıza görə sevincliyik. Çünki ötən mövsüm əksər ev oyunlarımızı Yevlaxda keçirmiş, Nizami yurdunda oynadığımız matçlarda isə uğur əldə edə bilməmişdik". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Azər Məmmədov klub saytına açıqlamasında deyib.
A.Məmmədov stadiona toplaşan azsaylı azarkeşlərə təşəkkürünü bildirib: "Bu gün oyuna azsaylı olsa da, azarkeşlər də gəlmişdi. Onlara dəstəyə görə minnətdarıq. İlk turda məğlubiyyətlə üzləşdiyimizdən bu gün qələbə qazanmaq bizim üçün çox vacib idi. Uşaqlar yaxşı başa düşürdülər ki, qələbə komandanı növbəti oyunlar üçün motivasiya edəcək. İsti havada futbolçular iki dəfə artıq güc sərf etdilər, onlara təşəkkür edirəm. Oyunçular verdiyimiz tapşırıqları yerinə yetirdilər, məşqçilərin istədiyi oyunu ortaya qoydular".
Qeyd edək ki, "Kəpəz" ilk turda AZAL-ı minimal hesabla məğlub edib.