1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
250-yə çatdı, 50-ni gözləyir
Samir Zərgərov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçinin yubiley matçı Azərbaycan Premyer Liqasının II turunda baş tutub.
Bu yay "Qəbələ"dən "İnter"ə keçən futbolçu 81-ci dəqiqədə meydana çıxmaqla, yubileyini sabiq komandası ilə qarşılaşmada qeyd edib. Yüksək liqada 2004/05 mövsümündə "Ədliyyə"nin heyətində debüt edən Samir 12-ci mövsümündə 250-yə çatıb. O, ölkə çempionatları tarixinə 250 və daha çox oyun keçirən 49-cu futbolçu kimi tarixə düşüb. Zərgərov bu görüşlərdə 32 qol sevinci yaşayıb.
Yarımmüdafiəçi 250 oyunu 6 klubda keçirib. "Qəbələ"də 95, "Ədliyyə"də 30, "Simurq"da 28, "Kəpəz"də 25, "Standard"da 23 matça çıxan Zərgərov "İnter"də 49 qarşılaşmanın iştirakçısı olub. Bu da o deməkdir ki, növbəti tur da onun üçün yubileylə əlamətdar olacaq. O, paytaxt klubunda 50-ci çempionat görüşünə çıxacaq. Samir bu dəfə də sabiq komandalarından biri – "Kəpəz"lə görüşəcək.