1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt" "Qəbələ" üçün başladı
Azərbaycan Premyer Liqasının növbəti turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" 3 günlük istirahətin ardından məşqlərə start verib. Sportnet.az-ın məlumatına görə, komanda bu günü iki məşqlə başa vuracaq.
Artıq baş məşqçi Samir Abasovun rəhbərliyi altında səhər məşqi keçirilib. "Kapital Bank Arena"da baş tutan hazırlıq prosesində futbolçular həm fiziki, həm də taktiki çalışmalar üzərində çalışıb. İlk iki turda zədə səbəbindən meydana çıxa bilməyən müdafiəçi Bəxtiyar Həsənalızadə tam gücü ilə məşqlərə başlayıb. Maqomed Kurbanov və Mikayıl Rəhimov isə zədə səbəbindən məşqlərdə iştirak etməyib.
Qeyd edək ki, "Sumqayıt"ın axşam məşqçi saat 18:30-da olacaq.