1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramin Musayev: "Biz 5:1 gözləyirdik, 3:1 oldu" - MÜSAHİBƏ
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Qəbələ"nin Sloveniya "Maribor"u ilə keçirdiyi Avropa Liqasının ilk "pley-off" matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Oyun barədə nə deyə bilərsiniz?
- (zarafatla - red.) "Qəbələ" bu gün zəif oynadı. Biz 5:1 gözləyirdik, 3:1 oldu. Ümid sonda ölür.
- "Qəbələ" evdə udduğu rəqibə səfərdə uduzur. Belə hal Avroliqada I təsnifat mərhələsində Gürcüstan "Samtredia"sı ilə görüşdə baş vermişdi. Bu dəfə nə gözləyirsiniz?
- 17-ci dəqiqədə "Qəbələ" qol buraxanda yanımızda oturan yoldaşlar bir az narazılıq etdilər. Dedilər ki, rəqib komanda bizdən güclüdür. Biz isə belə düşünmürdük. Çünki "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk rəqibi çox gözəl oxuyur və rəqibə qarşı çox gözəl mübarizə aparmağı bacarır. Düzdür, "Samtredia"nı burda udub, səfərdə uduzdu. Amma özünə sərf edən nəticəni aldı. Burada 3:1 hesabı ilə qalib gəldik. Qoy, orda minimal hesabla uduzaq. Ən vacib məsələ mərhələ keçməkdir.
- "Qəbələ" "Sumqayıt"la oyunun təxirə salınması istəyini nə ilə əsaslandırdı?
- Hər birimizin borcudur ki, komandamız nailiyyət əldə etmək istəyirsə, ona yardım edək. Bu gün Rəşad Sadiqovu zədə üzündən meydanda görmədiniz. Çempionat qarşılaşmasında "Qəbələ"nin başqa bir aparıcı futbolçusu da zədələnsəydi, siz jurnalistlər məni qınamazdınız? Bizə lazımdır ki, komandamız mərhələ keçsin, hamımızı sevindirsin.
- Onda əsasnamədə yazılsın ki, klublarımız avrokuboklarda mərhələ keçsələr, çempionatdakı oyunları təxirə salınsın...
- Əsasnamədə "PFL-in razılığı ilə" sözləri var. Yəni, özümüzə işıq yeri qoymuşuq. Narahat olmayın.
- Legioner limitinin növbəti mövsümlərdə ləğvi mümkündür?
- Biz milli komandanı da düşünməliyik. Qarşıda 2020-ci il Avropa çempionatı gəlir. Bunu da fikirləşməli, yerli oyunçulara üstünlük verməliyik. "Qəbələ"nin heyətində legioner sayının çox olduğunu dediniz. İngiltərədə fransalı futbolçu çıxış edə bilər. Amma biz Türkiyə Futbol Federasiyası ilə danışdıq ki, azərbaycanlılar orada, türk futbolçular isə bizim çempionatda legioner sayılmasınlar. Amma "yox" cavabı aldıq. Bunu da nəzərə almaq lazımdır.