Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatında III turun oyunlarına start verilib. Sportnet.az-ın məlumatına görə, "İnter"lə "Kəpəz"lə ev oyununda qolsuz heç-heçə edib. 
"Zirə" isə öz meydanında AZAL-a 3:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərindən qollardan 2-nin müəllifi yayda transfer etdiyi Yamin Ağakərimzadə ilə Yasin Həmid olub. Onlar ötən mövsüm "Rəvan"da komanda yoldaşı idilər. 
Qeyd edək ki, "Zirə" 6 xalla liderlər "Neftçi" ilə "Qarabağ"a çatsa da, onlardan 1 oyun çox keçirdiyindən turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. 









                 





    
    
    
    
    
    
    
    
    

























































