1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Biz "Neftçi"ni yox, özümüzü fikirləşirdik"
"Biz əsas "Neftçi"ni yox, özümüzü fikirləşirdik. Çünki futbolçularda istər-istəməz yorğunluçuq var idi. Bunu nəzərə alaraq heyətdə xeyli dəyişiklik etdik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasınbda "Neftçi"yə evdə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "CBC Sport"a açıqlamasında bildirib. Onun fikrincə, start heyətində yer verdiyi hər bir futbolçunu çəkinmədən meydana buraxa bilir: "Çünki onların səviyyəsi digərlərindən heç də aşağı deyil. Hər birisinə güvənirəm. Bu gün də onun şahid oldum ki, hər bir futbolçu ən yaxşı oyununu göstərməyə çalışdı və çox istəkli idilər. Buna görə çox sevinirəm. Nəticədən daha çox futbolçuların oyunda olan diqqətini bəyəndim. Hesabda böyük üstünlüyümüzə baxmayraq hər birinin qol buraxmamaq istəyi böyük idi. Futbolçularımızın hamısı təbrik etdim. Hər birinə güvənim artdı. "Neftçi"yə uğurlar azrulayıram. Düşünürəm ki, qardşıda daha yaxşı çempionat, daha yaxşı oyunlar olacaq".
Qurbanov Əl HərbiƏl Jadeuyinin yeni mövqeyində oynamasından və yeni transfer Dini Ndlovdan də söz açıb: "Əl Hərbinin möqveyində dəyişklik etmişdik. O dayaq yarımümdafiəçisi möveyində oynaya bilir. Əvvəllər bir neçə dəfə bu mövqedə onu qoymuşdum. Normalı oynadı. Ola bilər ki, bzi çatışmazlıqları vardı. Ancaq ümumilikdə layiqli çıxış etdi. Ndlovda da normal oynadı. Ona bu gün ən yaxşı formasını göstərmək çətindir. Çünki hələ tam hazır deyil".