Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello yerli mətbuata danışıb. Sportnet.az-ın məlumatına görə, italiyalı mütəxəssis Rusiya futbolunun çox yavaş olduğunu bildirib.
Kapello legioner futbolçuların daha sürətli olduğunu söyləyib: "Rusiya futbolu çox sürətsizdir. Çempionatda legioner futbolçular daha sürətli çıxış edir. Təbii ki, Rusiya futbolunda problem var və mən onlara sürətli oyun aşılamağa çalışıram".