"Neftçi" baş məşqçi postuna Dmitri Aleyniçevin namizədliyini nəzərdən keçirmir. Bu haqda Rusiyanın İTAR-TASS agentliyi məlumat yayıb. "Neftçi"nin mətbuat xidmətindən rusiyalı həmkarlarımıza bildiriblər ki, heç bir mütəxəssislə rəsmi razılaşmaları yoxdur və hazırda baş məşqçiləri Vəli Qasımovdur.
44 yaşlı Dmitri Aleyniçevin son iş yeri Moskva "Spartak"ı olub. O, Avropa Liqasının III təsnifat mərhələsində Kiprin AEK klubuna evdə 0:1 hesabı ilə uduzaraq münbarizəni dayandırdıqdan sonra postundan ayrılıb.
Xatırladaq ki, "Neftçi" Qasımovun rəhbərliyi altında Avropa Liqasında mübarizəni II təsnifat mərhələsində dayandırıb. Premyer Liqada ardıcıl 2 məğlubiyyət alan komanda 3 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.